
Büdcəli POCO C65 smartfonu təqdim edilib
Cihazlar+
06.11.2023
Emil
Xiaomi-nin POCO brendi öz növbəti büdcəli smartfonu olan POCO C65-i təqdim edib. Sözügedən yeni smartfon özündə böyük ölçülü ekranı, böyük həcmli batareyanı və sürətli şarj texnologiyasının dəstəyini birləşdirir. Beləliklə POCO C65 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.74 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Smartfon həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Onun gövdəsi isə IP54 standartı üzrə sudan və tozdan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə POCO C65 smartfonu MediaTek Helio G85 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatlar daha sonra veriləcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi K70-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar verilib
Xiaomi-nin Redmi brendi hal hazırda Redmi K70 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
Gələn il Xiaomi 14 Ultra flaqman smartfonunun təqdimatı gözlənilir.

Cihazlar+
Büdcəli Redmi 13C smartfonunun rəsmi posterləri təqdim edilib
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan büdcəli Redmi 13C smartfonunun ilk reklam posterlərini təqdim edib.

Elm & Texnologiya
Xiaomi-nin ilk elektromobilinin keyfiyyətli fotoları ortaya çıxıb
Xiaomi şirkətinin ilk elektromobilinin fotoları daha öncə də ortaya çıxırdılar. Lakin indi daha keyfiyyətli fotolar təqdim edilib.

Elm & Texnologiya
Xiaomi Book 14 noutbuku təqdim edilib
Xiaomi şirkəti qlobal bazarda Xiaomi Book 14 adlı yeni noutbukunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
