Logo
    main-post-cover

    Büdcəli POCO C85 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.09.2025
    Emil
         Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C85-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO C85 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.9 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 810 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G81 Ultra prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmi ilə təchiz olunub. Kameralar mövzusunda POCO C85 özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO C85 artıq satışa çıxıb və onun qiyməti 152$-dan start götürür.
    Paylaş