Büdcəli POCO M5 və M5s smartfonları təqdim olunub - QİYMƏTİ
Cihazlar+
06.09.2022
Farid Pardashunas
Xiaomi-nin POCO brendi yeni smartfonlarını təqdim edib. Söhbət, POCO M5 və M5s smartfonlarından gedir. Hər iki smartfon büdcəli modellər seqmentin daxildir. Bununla belə onlar orta səviyyəli performans göstəricisi, sürətli şarj texnologiyasının dəstəyi və öz seqmentinə uyğun təkmilləşdirilmiş kameraları ilə fərqlənirlər. Sözügedən smartfonlar həm texniki həm də xarici görünüş baxımından bir-birilərindən fərqlənirlər. İlk növbədə POCO M5 modelinə nəzər salaq. Bu model 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.58 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı POCO M5 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio G99 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır.
İndi isə keçək POCO M5s modelinə. Sözügedən smartfon 60 Hz-lik təsvir yenilənmsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.43 üym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı POCO M5s-in gövdəsi IP53 standartı üzrə sudan qorunur.
Smartfon özündə həmçinin NFC çipi, 3.5 mm-lik audiogirişi və stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilər baxımından POCO M5s modeli 8 nüvəli MediaTek Helio G95 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (118 dərəcə bucaq əhatəsi) + 2 MP + 2 MP dördlü arxa kamera, 13 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M5s də MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfonlar artıq satışa çıxıb. Onların satış qiymətləri aşağıdakı kimidir:
- 4 GB RAM-a və 64 GB yaddaşa sahib POCO M5s - 189$
- 4 GB RAM-a və 128 GB yaddaşa sahib POCO M5s - 209$
- 6 GB RAM-a və 128 GB yaddaşa sahib POCO M5s - 229$
- 4 GB RAM-a və 64 GB yaddaşa sahib POCO M5 - 156$
- 6 GB RAM-a və 128 GB yaddaşa sahib POCO M5 - 187$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)