
Büdcəli POCO M6 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.12.2023
Emil
OPPO ilə yanaşı POCO da Hindistanda öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M6 5G-dən gedir. Beləliklə POCO M6 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır və özündə 4/6/8 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Smartfon həmçinin 50 MP-lik əsas arxa kameraya, 5 MP-lik ön kameraya və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. POCO M6 5G qutudan Android 13 vasitəsilə çalışır. Smartfon 26 dekabr tarixində 115$ qiymətində satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
