
Büdcəli POCO M6 Pro 4G smartfonunun təqdimatı anons edilib
Cihazlar+
07.01.2024
Emil
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6 Pro 4G-dən gedir. POCO-nun təqdim etmiş olduğu məlumata əsasən sözügedən yeni büdcəli smartfon 11 yanvar tarixində Hindistanda təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən POCO M6 Pro 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym LCD ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfonun özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
