
Büdcəli POCO M6 Pro 5G-nin təqdimatı anons edilib
Dünən məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin POCO brendi yeni büdcəli smartfonunun təqdimatına hazırlaşır. Söhbət, POCO M6 Pro 5G-dən gedir. İndi isə sözügedən brend POCO M6 Pro 5G-nin təqdimatını rəsmi şəkildə anons edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən smartfon 5 avqust tarixində təqdim ediləcək. POCO-nun bu yeni büdcəli smartfonu Redmi Note 12R-in kopyası olmalıdır. Buna görə də POCO M6 Pro 5G 90 Hz-lik təsvir yenilənməsinə sahib IPS ekran, Snapdragon 4 Gen 2 prosessoru, 8 GB RAM və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. POCO M6 Pro 5G-nin yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər