
Büdcəli POCO M6 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
07.08.2023
Emil
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M6 Pro 5G-dən gedir. Sözügedən yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə POCO M6 Pro 5G 90 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.79 düym yastı IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşib. Üstəlik ekran Corning Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə POCO M6 Pro 5G Snapdragon 4 Gen 2 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnololgiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, POCO M6 Pro 5G ilk öncə Hindistan bazarında satılacaq və 9 avqust tarixində satışa çıxacaq. Lakin smartfonun digər regionlarda nə zaman satışa çıxacağı bilinmir. POCO M6 Pro 5G-nin Hindistan bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.
4 GB RAM + 64 GB yaddaş - 133$
6 GB RAM + 128 GB yaddaş - 158$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
