main-post-cover

    Büdcəli Redmi 11A smartfonunun texniki özəllikləri məlum olub

    Cihazlar+
    09.11.2022
    Farid Pardashunas
        Çinin TENAA adlı nizamlayıcı orqanı təqdimata hazırlaşan Redmi 11A smartfon modelinin texniki özəllikləri barəsində məlumatları təqdim edib. Adətən TENAA-nın məlumatlar bazasında təqdimata hazırlaşan smartfonların bütün texniki göstəriciləri ortaya çıxır. Lakin Redmi 11A smartfonu halında cihazın hansı prosessor ilə təchiz olunacağı naməlum qalıb. Sadəcə olaraq məlumdur ki, smartfon 2 GHz tezlikdə çalışan 8 nüvəli prosessora sahib olacaq.
        Qeyd etmək lazımdır ki, Redmi 10A-da istifadə edilən MediaTek Helio G25 prosessorunun Cortex-A53 nüvəsi də 2 GHz tezlikdə çalışır. Lakin Xiaomi-nin daha performanslı prosessor seçəcəyi ümidi hələ də var. Beləliklə TENAA-nın təqdim etmiş olduğu məlumatlara əsasən Redmi 11A smartfonu HD+ keyfiyyətli 6.7 düym IPS ekrana sahib olacaq. Bununla yanaşı smartfon 6 GB RAM, 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmi, 50 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi 11A-nın nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər