Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Mobil Cihazlar
07.06.2023 PAYLAŞIM

    Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. Dünən sözügedən smartfonun bəzi texniki özəllikləri barəsində məlumatlar ortaya çıxmışdı. İndi isə Redmi 12-nin render fotoları ortaya çıxıb. Render fotolardan da görmək olar ki, Redmi 12 smartfonu xarici görünüşcə bir qədər Redmi Note 12-yə bənzəyəcək.


    Bununla yanaşı yeni smartfon yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Qeyd etmək lazımdır ki, Redmi 12-nin 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.79 düym IPS ekran, MediaTek Helio G88 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonun nə zaman satışa çıxacağı barəsində məlumat olmasa da bu, yaxın zamanda baş tutmalıdır.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×