Logo
    main-post-cover

    Büdcəli Redmi 12 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.06.2023
    Emil
        Redmi brendi özünün növbəti büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi 12-dən gedir. Bu yeni smartfon Redmi Note 12-yə xas olan dizaynı və balanslaşdırılmış texniki göstəriciləri ilə fərqlənir. Beləliklə Redmi 12 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 550 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi IP53 standartı üzrə sudan qorunur və satışa çıxdığı bazardan asılı olaraq özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Bununla yanaşı smartfon naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə də sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 12 modeli MediaTek Helio G88 prosessoru, 4/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 12 MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon artıq Taylandda 155$ qiymətində satışa çıxıb. Müəyyən müddətdən sonra isə Redmi 12 modeli Avropa bazarında satışa çıxacaq və 200 avro qiymətində satılacaq.
    Paylaş
    Bənzər xəbərlər