
Büdcəli Redmi 13C 5G smartfonunun nə zaman təqdim olunacağı məlum olub
Redmi brendi bugün Redmi K70 smartfon seriyasını təqdim edəcək. Lakin şirkətin gələn həftəyə daha bir smartfonunun təqdimatı planlaşdırılır. Söhbət, Redmi 13C 5G-dən gedir. Sözügedən büdcəli smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat verilib. Mysmartprice saytının təqdim etmiş olduğu posterə əsasən Redmi 13C 5G smartfonu 6 dekabr tarixində təqdim olunacaq. Təqdimat Hindistanda baçş tutacaq. Qeyd etmək lazımdır ki, Redmi 13C 5G smartfonu MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməlidir.

Paylaş