Logo
    main-post-cover

    Büdcəli Redmi 13C smartfonu bəzi regionlarda POCO brendi altında satışa çıxacaq

    Cihazlar+
    09.10.2023
    Emil
        Artıq məlumdur ki, Xiaomi-nin Redmi brendi hal hazırda Redmi 13C adlı yeni büdcəli smartfon üzərində çalışır. İndi isə məlum olub ki, sözügedən smartfon bəzi regionlarda fərqli ad ilə satışa çıxacaq. Belə ki, Redmi 13C smartfonu bəzi regionlarda POCO brendi altında təqdim ediləcək və onun adı POCO C65 olacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfon həmçinin qlobal bazarda da satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən smartfon MediaTek prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər