Logo
    main-post-cover

    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb

    Cihazlar+
    26.10.2023
         Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Xiaomi-nin Redmi brendi Redmi 13C adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. İndi isə internetdə sözügedən smartfonun real fotoları ortaya çıxıb. Söhbət, Redmi 13C-nin 4G versiyasından gedir. Ortaya çıxmış real fotolarda smartfon yaşıl gövdə rəngində əks olunub. Fotolardan birində əks olunmuş məlumatlara əsasən Redmi 13C smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.74 düym ekranla təchiz olunacaq və özündə əsas kamerası 50 MP-lik olacaq üçlü arxa kameranı və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfon 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Redmi 13C artıq yaxın zamanda satışa çıxacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb | Technote