
Büdcəli REDMI A24 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz büdcəli monitor seriyasını genişləndirməyə davam edir. Bu dəfə brend REDMI A24 2026 adlı yeni monitorunu təqdim edib. Sözügedən yeni monitor həm kompüter oyunları üçün həm də müxtəlif ofis işləri üçün nəzərdə tutulub. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. REDMI A24 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 65$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş