Logo
    main-post-cover

    Büdcəli Redmi A3x-in dizaynı sərgilənib və texniki imkanları təqdim edilib

    Cihazlar+
    23.05.2024
    Emil
         İnsayderlər Xiaomi-nin Redmi brendi tərəfindən hazırlanan yeni büdcəli smartfonunun texniki imkanlarını əks etdirən fotonu təqdim ediblər. Söhbət, Redmi A3x-dən gedir. Beləliklə təqdim edilmiş fotoya əsasən Redmi A3x smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.71 düym ölçülü ekranla təchiz olunacaq. Ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Bununla yanaşı fotodan da görmək olar ki, Redmi A3x-in ekranı üzərində damcı formalı çıxıntı yerləşəcək.
         Fotoya əsasən smartfon Unisoc T603 prosessoru vasitəsilə çalışacaq və özündə 3 GB RAM ilə 64 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə Redmi A3x 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Redmi A3x-in yaxın zamanda təqdim olunacağı gözlənilir. Onun satış qiyməti isə 100$-dan aşağı olmalıdır.
    Paylaş