Logo
    main-post-cover

    Büdcəli Redmi A3x smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.05.2024
    Emil
         Keçən həftə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi A3x adlı yeni büdcəli smartfonunun təqdimatına hazırlaşır. İndi sözügedən smartfon rəsmi şəkildə təqdim olunub. Beləliklə sözügedən yeni smartfon bu ilin fevral ayında təqdim edilmiş Redmi A3-ün bir qədər sadələşdirilmiş versiyasıdır. Buna görə də xarici görünüş və bəzi texniki özəlliklər baxımından Redmi A3x modeli adi Redmi A3-ün kopyasıdır. Beləliklə Redmi A3x smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.71 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik Redmi A3x özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon Unisoc T603 prosessoru vasitəsilə çalışır və 3 GB RAM ilə 64 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 8 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi A3x qutudan Android 14 vasitəsilə çalışır. Redmi A3x artıq Pakistanda 70$ qiymətində satışa çıxıb. Yaxın zamanda smartfon digər regionlarda da satışa çıxacaq. Lakin söhbətin hansı regionlardan getdiyi bilinmir.
    Paylaş