Logo
    main-post-cover

    Büdcəli REDMI Note 15 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.08.2025
    Emil
         Xiaomi-nin REDMI brendi büdcəli REDMI Note 15 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Note 15 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib FHD+ keyfiyyətli 6.77 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Smartfonun gövdəsi IP66 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 6/8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Note 15 özündə üçlü arxa kameranı birləşdirir. Lakin üçüncü kameranın göstəricisi qeyd edilməyib. Digər kameralara gəldikdə isə onlardan biri 50 MP-lik, digəri isə 2 MP-likdir. Ön kameraya gəldikdə isə o, 8 MP-likdir. Batareya mövzusunda smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Note 15 artıq Çində satışa çıxıb və onun qiyməti 139$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş