Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy A05s smartfonu təqdim edilib

    Cihazlar+
    25.09.2023
        Samsung şirkəti Galaxy A seriyasının yeni büdcəli modeli olan Galaxy A05s-i təqdim etdi. Bu yeni smartfon plastik materialdan hazırlanmış gövdəyə sahib olsa da, özündə sudan qorunma özəlliyini birləşdirir. Smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym PLS LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon kontaktsız ödənişlər üçün NFC çipinə sahib deyil. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A05s Snapdragon 680 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə də sahibdir. Galaxy A05s OneUI Core interfeysli Android 13 vasitəsilə çalışır. Samsung bu yeni smartfonun satış qiyməti barəsində hələ heç bir məlumat verməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Büdcəli Samsung Galaxy A05s smartfonu təqdim edilib | Technote