
Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
Cihazlar+
29.07.2024
Emil
Samsung şirkəti yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A06-dan gedir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Giznext saytı ilə birgə sözügedən smartfonun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən Galaxy A06 smartfonu yastı gövdəni və ekranı əldə edəcək. Ekran üzərində isə damcı formalı çıxıntı yerləşəcək. Üstəlik görmək olar ki, smartfon olduqca qalın ekran ətrafı çərçivələri əldə edəcək.
Smartfonun arxa panelində iki ədəd obyektiv yerləşəcək. İnsayderin sözlərinə əsasən Galaxy A06 smartfonu 6.7 düym ölçülü ekranı əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən isə Galaxy A06 smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq və özündə 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy A05-in keçən ilin sentyabr ayında təqdim olunduğunu nəzərə alsaq, Galaxy A06-nın bu ilin sentyabr ayında təqdim olunacağını gözləmək olar.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
