main-post-cover

    Büdcəli Samsung Galaxy A15 5G-nin hansı prosessora sahib olacağı məlum olub

    Cihazlar+
    30.10.2023
    Emil Nəcəfov
         Samsung şirkəti hal hazırda Galaxy A smartfon seriyasının yeni büdcəli modeli üzərində çalışır. Söhbət, Galaxy A15-dən gedir. Keçən həftə məlumat ortaya çıxmışdı ki, sözügedən smartfon iki versiyada təqdim olunacaq. Onlardan biri 4G dəstəyinə, digəri isə 5G dəstəyinə sahib olacaq. İndi isə Galaxy A15 5G-nin ekranı, prosessoru və batareyası barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy A15 5G smartfonu MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq.
         Sözügedən prosessor öz növbəsində AnTuTtu testində 400 000 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy A14 5G smartfonu Dimensity 700 prosessoru ilə təchiz olunur və o, 10-15% daha aşağı performansa sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy A14 5G-dən fərqli olaraq Galaxy A15 5G smartfonu IPS ekran əvəzinə AMOLED ekrana sahib olacaq. Batareya həcminə gəldikdə isə yeni smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Galaxy A15 5G-nin gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy S23 smartfonları üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-s23-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy S24 Ultra-nın silikon keysinin fotoları təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-silikon-keysinin-fotolari-teqdim-edilib
    Samsung Galaxy S24 smartfon seriyasının istehsalına start verilib
    samsung-galaxy-s24-smartfon-seriyasinin-istehsalina-start-verilib
    Samsung Galaxy S24 Ultra-nın kameraları ilə bağlı yekun məlumatlar təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-kameralari-ile-bagli-yekun-melumatlar-teqdim-edilib
    Exynos 2400-ın qrafik çipinin digər prosessorlardakı qrafik çiplərdən daha güclü olduğu iddia edilir
    exynos-2400-in-qrafik-cipinin-diger-prosessorlardaki-qrafik-ciplerden-daha-guclu-oldugu-iddia-edilir