
Büdcəli Samsung Galaxy A15 smartfonu iki versiyada satılacaq
Cihazlar+
25.10.2023
Emil
Biz daha öncə xəbər vermişdik ki, Samsung şirkəti Galaxy A15 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. İndi isə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən Galaxy A15 smartfonu Avropa bazarında iki versiyada satışa çıxacaq. Onlardan biri 4G, digəri isə 5G dəstəyinə sahib olacaq.
Məlumatda qeyd edilib ki, smartfonun 4G dəstəkli versiyası MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM ilə Android 14-ü əldə edəcək. Smartfonun 5G versiyasına gəldikdə isə onun 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.4 düym LCD ekran, 50 MP-lik arxa kamera, 13 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Galaxy A15-in gələn ilin əvvəlində satışa çıxacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
