main-post-cover

    Büdcəli Samsung Galaxy F14 5g-nin fotosu təqdim edilib

    Cihazlar+
    16.03.2023
    Farid Pardashunas
        91mobiles saytı Samsung şirkətinin növbəti büdcəli smartfonu olacaq Galaxy F14 5G-nin fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, sözügedən smartfon bazara minimum 2 gövdə rəngində satışa çıxacaq. Onlardan biri çəhrayı, digəri isə yaşıl olacaq, Bununla yanaşı smartfon ikili arxa kameraya sahib olacaq. Digər texniki göstəricilərə gəldikdə isə onlar Galaxy M14 5G-nin texniki özəlliklərinə bənzəyəcəklər. Beləliklə Galaxy F14 5G modelinin 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli LCD ekran, Exynos 1330 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir. Galaxy F14 5G yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər