Logo
    main-post-cover

    Büdcəli Samsung Galaxy F17 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.09.2025
    Emil
         Samsung şirkəti büdcəli Galaxy F17 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F17 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfonun gövdəsi isə IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy F17 5G özündə 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F17 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 164$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş