
Büdcəli Samsung Galaxy M07 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy M07 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy M07 özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M07 artıq Hindistanda satışa çıxıb və onun qiyməti 78$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş