
Büdcəli Samsung Galaxy Z Fold 6 nə ilə fərqlənəcək?
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 6 smartfonunun bir neçə versiyasını hazırlayır və onların arasında ucuz qiymətə satılacaq olanı da var. ETNews saytının yeni hesabatı bu məlumatı təsdiqləyib. Verilmiş məlumata əsasən Galaxy Z Fold 6-nın ucuz versiyası standart versiyanın sahib olacağı bir özəllikdən məhrum olacaq. Söhbət, S Pen stilusunun dəstəyindən gedir. Galaxy Z Fold 6-nın ucuz qiymətə satılacağı versiyasının başqa nə ilə fərqlənəcəyi bilinmir. Çox güman ki, Samsung bu mövzuda Galaxy A və Galaxy FE smartfon seriyalarının yolları ilə gedəcək. Belə ki, bu seriyalar flaqman smartfonlara bənzər modelləri təklif etsələr də onlar daha da sadələşdirilmiş imkanlara sahibdirlər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...