
Büdcəli ViewSonic VA2479-2K-HD monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.07.2024
Emil
ViewSonic şirkəti öz yeni büdcəli monitorunu təqdim edib. Söhbət, ViewSonic VA2479-2K-HD adlı monitordan gedir. Beləliklə bu yeni büdcəli monitor 75 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və üstəlik özündə HDR10 dəstəyini birləşdirir. Ekran həmçinin sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor ViewSonic Eye ProTech+ texnologiyasını əldə edib. Bu texnologiya istifadəçi gözlərinin qorunması üçün nəzərdə tutulmuş aparat və proqram təminatlarını özündə birləşdirir. ViewSonic VA2479-2K-HD monitoru HDMI 2.0 və DisplayPort 1.2 girişlərini əldə edib. Monitor artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 81$ təşkil edir. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
