
Büdcəli ViewSonic VA24G25 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.02.2025
Emil
ViewSonic şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni büdcəli gaming monitoru ViewSonic VA24G25 adlanır. Beləliklə sözügedən yeni gaming monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir. Monitor özündə Eye ProTech+ texnologiyasının dəstəyini birləşdirir. Bu texnologiya istifadəçi gözləri üçün zərərli olan göy rəngli işığın 40% azaldılmasına xidmət edir. Monitor həmçinin AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Monitor VGA və HDMI 1.4 girişlərini əldə edib. ViewSonic VA24G25 artıq Çində satışa çıxıb və onun qiyməti 55$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Mənbə: Gizmochina
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
