Logo
    main-post-cover

    Büdcəli ViewSonic VX2757-2K-PRO-2 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.08.2024
    Emil
         ViewSonic şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2757-2K-PRO-2 adlanır. Beləliklə bu yeni monitor 170 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 1.4, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ViewSonic VX2757-2K-PRO-2 sentyabr ayının əvvəlində satışa çıxacaq və onun qiyməti 98$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş