
Büdcəli ViewSonic VX27G58-2K gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.01.2025
Emil
ViewSonic şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX27G58-2K adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın təsvir yenilənməsi göstəricisini 210 Hz-ə yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 94%-ni əhatə edir. Monitor özündə AMD FreeSync və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. ViewSonic VX27G58-2K artıq Çində satışa çıxıb və onun qiyməti 109$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
