main-post-cover

    Büdcəli Vivo G2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.01.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo G2 adlı yeni büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı əldə edib və o, gündəlik tapşırıqların yerinə yetirilməsi üçün balanslaşdırılmış texniki göstəriciləri özündə birləşdirir. Beləliklə vivo G2 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib.
         Smartfon MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcminə sahibdir. Vivo G2 ikili arxa kamera ilə təchiz olunub və onlardan ən əsası 13 MP-likdir. İkinci arxa kameranın MP göstəricisi barəsində məlumat verilməyib. Smartfonun ön kamerası isə 5 MP təşkil edir. Batareya həcminə gəldikdə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Vivo G2-nin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.
    - 4 GB RAM + 128 GB yaddaş - 167$
    - 6 GB RAM + 128 GB yaddaş - 210$
    - 8 GB RAM + 128 GB yaddaş - 225$
    - 8 GB RAM + 256 GB yaddaş - 265$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V30 və V30 Pro smartfonları təqdimata hazırlaşırlar
    vivo-v30-ve-v30-pro-smartfonlari-teqdimata-hazirlasirlar
    Vivo X Fold 3 Pro-ya aid olduğu güman edilən batareya həcmi açıqlanıb
    vivo-x-fold-3-pro-ya-aid-oldugu-guman-edilen-batareya-hecmi-aciqlanib
    Vivo X100 Ultra smartfonu barəsində məlumatlar verilib
    vivo-x100-ultra-smartfonu-baresinde-melumatlar-verilib
    Məşhur insayder qatlana bilən vivo X Fold 3 Pro haqqında bəzi yeni məlumatları təqdim edib
    meshur-insayder-qatlana-bilen-vivo-x-fold-3-pro-haqqinda-bezi-yeni-melumatlari-teqdim-edib
    Vivo X Fold 3 dünyanın ən yüngül qatlana bilən smartfonu ola bilər
    vivo-x-fold-3-dunyanin-en-yungul-qatlana-bilen-smartfonu-ola-biler