main-post-cover

    Büdcəli vivo T3x 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2024
    Brilyant Rasulova
        Vivo şirkəti vivo T3x 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Vivo-nun bu yeni büdcəli smartfonu yüksək təsvir yenilənməsinə sahib ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə vivo T3x 5G smartfonu 120 Hz-lik təsvir yenilənmsəinə sahib Full HD+ keyfiyyətli 6.72 düym LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə səsgücləndiricilər ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
         Vivo T3x 5G Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T3x 5G qutudan Android 14 vasitəsilə çalışır. Smartfonun satışlarına 24 aprel tarixində ilk növbədə Hindistanda start veriləcək. Böyük ehtimal ilə daha sonra smartfon digər regionlarda da satılacaq. Vivo T3x 5G-nin satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 4 GB RAM-a sahib versiya - 160$
    - 6 GB RAM-a sahib versiya - 180$
    - 8 GB RAM-a sahib versiya - 200$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo V30e-nin xarici görünüşü sərgilənib.
    orta-budceli-vivo-v30e-nin-xarici-gorunusu-sergilenib
    Vivo T3x smartfonu təqdimata hazırlaşır
    vivo-t3x-smartfonu-teqdimata-hazirlasir
    Vivo V20 Lite 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-v20-lite-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X100s smartfonunun təqdimatı artıq çox yaxındır
    vivo-x100s-smartfonunun-teqdimati-artiq-cox-yaxindir
    Vivo X100s Pro smartfonunun bəzi texniki imkanları məlum olub
    vivo-x100s-pro-smartfonunun-bezi-texniki-imkanlari-melum-olub