
Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.06.2025
Emil
Vivo şirkəti büdcəli Vivo T4 Lite 5G smartfonunu təqdim edib. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4 Lite 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bununla yanaşı smartfonun gövdəsi IP64 standartı üzrə toz və su damcılarından qorunma özəlliyinə sahibdir.

Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo T4 Lite 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4 Lite 5G gələn ayın əvvəlində Hindistanda satışa çıxacaq və onun qiyməti 116$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
