main-post-cover

    Büdcəli vivo Y03 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.03.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo Y03 adlı yeni büdcəli smartfonunu təqdim edib. Büdcəli olmasına baxmayaraq sözügedən smartfon böyük həcmli batareyanı və aktual Android versiyasını əldə edib. Beləliklə vivo Y03 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Smartfonun gövdəsi həmçinin IP54 standartı üzrə sudan qorunur.
         Vivo Y03 MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon ikili arxa kameranı əldə edib və onlardan ən əsası 13 MP-likdir. İkinci kameranın MP göstəricisi qeyd edilməyib. Ön kamera isə 5 MP-likdir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Vvio Y03 artıq satışa çıxıb. 64 GB yaddaşa sahib versiya 83$-a, 128 GB yaddaşa sahib versiya isə 96$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro AnTuTu testlərindən keçib
    qatlana-bilen-vivo-x-fold-3-pro-antutu-testlerinden-kecib
    Vivo qlobal bazarda vivo T3 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
    vivo-qlobal-bazarda-vivo-t3-adli-yeni-orta-budceli-smartfonunu-teqdim-etmeye-hazirlasir
    Qatlana bilən vivo X Fold 3 smartfon seriyası nə zaman təqdim olunacaq?
    qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasi-ne-zaman-teqdim-olunacaq
    Məşhur insayder vivo Pad 3 planşetinin texniki imkanlarını açıqlayıb
    meshur-insayder-vivo-pad-3-plansetinin-texniki-imkanlarini-aciqlayib
    Qatlana bilən adi vivo X Fold 3-ün texniki özəllikləri açıqlanıb
    qatlana-bilen-adi-vivo-x-fold-3-un-texniki-ozellikleri-aciqlanib