Logo
    main-post-cover

    Büdcəli Vivo Y19 5G smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    02.05.2025
    Emil
         Vivo şirkəti Vivo Y19 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y19 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym ölçülü IPS ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Vivo Y19 5G-nin gövdəsi IP64 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y19 5G özündə 13 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y19 5G artıq Çində satışa çıxıb və onun qiyməti 124$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş