
Bugün Apple Macintosh-un 40 yaşı tamam oldu
Cihazlar+
24.01.2024
Emil
Apple 40 il bundan öncə Macintosh kompüterini təqdim etmişdi. Nəticədə Macintosh kütləvi kompüterlər bazarında əsl inqilaba səbəb oldu. Sözügedən kompüter mərhum Steve Jobs tərəfindən 24 yanvar 1984-cü ildə təqdim olunmuşdu. Macintosh qrafik istifadəçi interfeysinə sahib ilk uğurlu cihaz idi. Bununla yanaşı birinci Macintosh modeli kompüter siçanı (mouse) adlandırdığımız cihazın da məşhurlaşmasında aparıcı rol oynadı.
Birinci Macintosh modelinin qiyməti 2495$ təşkil edirdi. İnflyasiyanı nəzərə almaqla hal-hazırda bu, 7000$-a bərabərdir. Birinci Macintosh 8 MHz tezlikdə çalışan prosessora, 128 KB RAM-a, 400 KB yaddaş həcminə və disket girişinə sahib idi. Macintosh-un 40 yaşı tamam olması səbəbilə Apple pərəstişkarları mac40th.com saytını işə salıblar. İşə salınmış saytda bütün stolüstü və kompakt ölçülü Macintosh modellərinin fotoları və videoları əks olunub.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
