Logo
    main-post-cover

    Bugün dünyanın ilk mobil telefon danışığının 50 yaşı tamam oldu

    Cihazlar+
    03.04.2023
    Emil
        Motorola şirkətinin keçmiş mühəndisi Martin Cooper 50 il bundan öncə 3 aprel tarixində dünyanın ilk mobil telefon danışığnı reallaşdırmışdı. Lakin həmin tarixi hadisədən yalnız uzun illər sonra mobil şəbəkə adi insanlar arasında yayılmağa başladı. 3 aprel 1973-cü il tarixində Martin Cooper mobil telefon vasitəsilə öz əsas rəqibi Joel Engel-ə zəng etmişdi. Həmin vaxtda Joel Engel də mobil şəbəkə üçün nəzərdə tutulmuş cihazın hazırlanması ilə məşğul idi. “Salam Joel! Tap görüm mən sənə necə zəng etmişəm? Mən sənə əsl mobil telefon vasitəsilə zəng etmişəm” - deyə Martin Cooper ilk mobil telefon danışı zamanı Joel Engel-ə bildirmişdi.
        Həmin an Martin Cooper-in əlində Motorola DynaTAC adlı mobil telefonun prototipi var idi. 1.5 kq ağırlığında olan bu mobil telefonun ölçüləri 22.5 x 12.5 x 3.75 sm idi. O, 12 düyməyə sahib idi. Onlardan 10-u nömrələrin yığılması, yerdə qalan 2-si isə zəngin reallaşdırılması və sona çatdırılması üçün nəzərdə tutulmuşdu. Bu mobil telefon gözləmə rejimində 8 saat, danışıq rejimində isə 30 dəqiqə ərzində çalışa bilirdi. Onun tamamilə şarj olunması üçün isə 10 saat vaxt lazım idi. 13 mart 1984-cü il tarixində onun kommersiya məqsədli versiyası Motorola DynaTAC 8000X adlı mobil telefon satışa çıxdı. Bu telefonun çəkisi 790 qramm təşkil edirdi və 3995$ qiymətində satılırdı. Motorola-dan ayrılmış Martin Cooper nəticədə öz telefon şirkətini təsis etdi və 1986-cı ildə onu 23 milyon dollara satdı. 
    Paylaş
    Bənzər xəbərlər