main-post-cover

    Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib

    Cihazlar+
    02.02.2024
    Emil Nəcəfov
         Apple şirkəti 2024-cü ilin birinci rüb üzrə maliyyə göstəriciləri ilə bağlı hesabatını təqdim edib. Hesabatda şirkət bütün dünyada mövcud olan aktiv cihazlarının sayını da açıqlayıb. Beləliklə Apple CEO-su Tim Cook-un sözlərinə əsasən hal-hazırda bütün dünyada 2.2 milyard ədəd aktiv Apple cihazı mövcuddur. Bura şirkətin iPhone, iPad, MacBook və s. cihazları daxildir. Qeyd etmək lazımdır ki, 2.2 milyard aktiv cihaz göstəricisi Apple üçün rekord göstərici hesab edilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2023-cü ilin yanvar ayında şirkətin aktiv cihazlarının sayı 2 milyard təşkil edirdi. Təəssüflər olsun ki, şirkət yeni hesabatında ayrı-ayrı cihazları üzrə aktiv istifadəçi sayını açıqlamayıb. Lakin məlumdur ki, bütün dünyada 1 milyarddan çox iPhone istifadəçisi mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
    apple-ilk-qatlana-bilen-cihazi-uzerinde-artiq-calisir
    Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
    qualcomm-iphone-lar-ucun-5g-modem-movzusunda-apple-ile-muqavilesini-uzadib
    Alıcılar iPhone Pro-lardan daha çox adi iPhone modellərinə üstünlük verməyə başlayıblar
    alicilar-iphone-pro-lardan-daha-cox-adi-iphone-modellerine-ustunluk-vermeye-baslayiblar
    Apple Vision Pro-nun xarici batareyasının özəllikləri məlum olub
    apple-vision-pro-nun-xarici-batareyasinin-ozellikleri-melum-olub
    Apple qərarından dönmür: VisionPro-da Lightning başlıqdan istifadə olunub!
    apple-qerarindan-donmur-visionpro-da-lightning-basliqdan-istifade-olunub