
Bütün Galaxy S24 modellərinin titan çərçivəyə sahib olacaqları məlumatı təkzib edilib
Cihazlar+
09.10.2023
Emil
Keçən həftə məlumat ortaya çıxmışdı ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasının bütün modelləri titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcəklər. Məlumatda qeyd edilmişdi ki, bu üsul ilə Samsung Apple şirkətini sözügedən mövzuda geridə qoymaq istəyir. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasında titan materialdan hazırlanmış gövdə ətrafı çərçivə yalnız iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində istifadə edilir.

İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S24 smartfon seriyası ilə bağlı keçən həftə ortaya çıxmış məlumatı təkzib edib. "Mən zavoddakı mənbədən bu məsələni bir daha araşdırdım. Titan çərçivəni yalnız Galaxy S24 Ultra modeli əldə edəcək" - deyə insayder qeyd edib. Bundan əlavə olaraq insayder Galaxy S24 və Galaxy S24+ modellərinin əks olunduqları sxematik fotonu təqdim edib. Fotodan da görmək olar ki, sözügedən Galaxy S24 modellərində olduqca nazik ekran ətrafı çərçivə mövcud olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
