Logo
    main-post-cover

    Bütün iPhone 15 modellərində səsgücləndiricilər ilə bağlı problem ortaya çıxıb

    Cihazlar+
    04.10.2023
    Emil
        İnternetdə iPhone 15 modelləri ilə bağlı daha bir problem barəsində məlumat ortaya çıxıb. Miles Above Tech adlı bloggerin vermiş olduğu məlumata əsasən o özünün iPhone 15 Pro Max modelində səsgücləndiricilər ilə bağlı problemə rast gəlib. Belə ki, smartfondakı səsgücləndiricilərdən gələn səs xırıltılı şəkildə əks olunub. Bu problem müxtəlif iPhone 15 modellərində yaşanır və görünür, kütləvi hal alıb. İstifadəçilərin sözlərinə əsasən smartfonda səs gücünü maksimum təyin edəndən sonra səs xırıltılı şəkildə əks olunur. Bundan əlavə olaraq səsin təhrif olunması halları da yaşanır.
        Məlumata əsasən səsin xırıltılı şəkildə əks olunması problemi səs gücünün 80%-dən çox olması halında yaşanır. Miles Above Tech adlı blogger öz smartfonunu yenisi ilə əvəz edib. Lakin əvəz edilmiş smartfonda da eyni problem yaşanıb. Şirkət hətta onun üçün ikinci əvəzetməni də reallaşdırıb. Lakin ikinci dəfə əvəz edilmiş smartfonda da eyni problem yaşanıb. Daha sonra həmin şəxs rəsmi Apple mağazasına gedərək mağazada iPhone 15 seriyasının bütün modellərini test edib.
        Məlum olub ki, səsgücləndiricilər ilə bağlı olan problem mağazadakı bütün iPhone 15 smartfonlarında yaşanıb. Reddit-də bu problemlə bağlı paylaşımların sayı isə getdikcə artır. Problemin mənbəyi hələ bilinmir. Əgər o, iOS ilə bağlıdırsa, Apple onu sistem yenilənməsi vasitəsilə tez bir zamanda aradan qaldıra bilər. Lakin əgər problem hardware səviyyəsindədirsə, Apple satışda olan və artıq satılmış bütün iPhone 15 smartfonlarını geri çağırmaq məcburiyyətində qalacaq. Lakin şirkət bu məsələyə hələ rəsmi fikir bildirməyib.
    Paylaş
    Bənzər xəbərlər