
Bütün iPhone 15 modellərinin ekran qoruyucuları sərgilənib
Ice Universe ləqəbli məşhur insayder bu il təqdim olunacaq iPhone 15 seriyasının bütün modellərinin ekran qoruyucu şüşələrinin əks olunduqları fotonu təqdim edib. Təqdim olunmuş foto bir daha sübut edir ki, bu ilki iPhone modellərinin hamısının ekranı üzərində Dynamic Island çıxıntısı olacaq. Bununla yanaşı fotodan da görmək olar ki, iPhone 15 ilə iPhone 15 Plus bir qədər geniş ekran ətrafı çərçivələr ilə təchiz olunacaqlar. Bəzi məlumatlara əsasən iPhone 15 və iPhone 15 Plus ilə iPhone 15 Pro modelləri arasında daha bir fərq ondan ibarət olacaq ki, iPhone 15 Pro modelləri Apple A17 Bionic prosessoru vasitəsilə çalışacaqlar. Bu halda iPhone 15 və iPhone 15 Plus modelləri keçən ilki A16 Bionic prosessoruna sahib olacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15 seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər