main-post-cover

    Bütün iPhone 15 modellərinin hansı qiymətə istehsal olunduqları məlum olub

    Cihazlar+
    17.10.2023
    Emil Nəcəfov
         İnternetdə iPhone 15 smartfonlarının istehsalat qiymətləri barəsində məlumat ortaya çıxıb. Məlum olub ki, iPhone 15 Pro Max modeli Apple şirkətinin bütün tarixi ərzində ən baha başa gələn iPhone modeli olub. Belə ki, bir iPhone 15 Pro Max modelinin istehsalı Apple şirkətinə 558$-a başa gəlir. Bu isə keçən ilki iPhone 14 Pro Max modelinin istehsalı xərcindən 12% yüksəkdir.
         Digər iPhone 15 modellərinə gəldikdə isə iPhone 15 Pro-nun istehsalı 523$-a, iPhone 15 Plus-ın istehsalı 442$-a, adi iPhone 15-in istehsalı isə 423$-a başa gəlir. Bununla belə keçən ilki modellər ilə müqayisədə bu ilki iPhone-lar arasında istehsal xərci ən çox yüksəlmiş model məhz adi iPhone 15 olub. Belə ki, iPhone 14 ilə müqayisədə iPhone 15-in istehsalı 16% daha baha başa gəlir. Bunun isə nə ilə bağlı olduğu bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple A17 Pro prosessorunun istehsalı hansı qiymətə başa gəlir?
    apple-a17-pro-prosessorunun-istehsali-hansi-qiymete-basa-gelir
    Apple iPhone-larda jailbreak ilə yeni mübarizə üsulunu hazırlayıb
    apple-iphone-larda-jailbreak-ile-yeni-mubarize-usulunu-hazirlayib
    Goldman Sachs: 'Apple elektromobil hazırlamır. Apple Car pilotsuz avtomobillər üçün platforma olacaq'
    goldman-sachs-apple-elektromobil-hazirlamir-apple-car-pilotsuz-avtomobiller-ucun-platforma-olacaq