main-post-cover

    Bütün iPhone 15 modellərinin maketlərinin fotoları təqdim edilib

    Cihazlar+
    18.07.2023
    Emil Nəcəfov
        iPhone 15 smartfon seriyasının təqdimatı sentyabr ayında gözlənilir. Smartfonlar üçün nəzərdə tutulmuş keyslərin istehsalı ilə məşğul olan şirkətlərdən biri isə iPhone 15 seriyasına daxil olacaq bütün modellərin maketlərinin fotolarını təqdim edib. Bu cür maketlər cihazlar üçün nəzərdə tutulmuş müxtəlif növ aksesuarların istehsalında istifadə edilir və onlar adətən cihazların final versiyalarının dizaynlarını təkrarlayırlar. Əgər bu fotolar həqiqəti əks etdirirlərsə, deməli bütün iPhone 15 modelləri USB Type-C girişinə və daha yuvarlaq kənar hissələrə sahib olacaqlar. Bununla yanaşı fotolardan birində görmək olar ki, iPhone 15 Pro modellərində səssiz rejimə keçid düyməsi adi düymə kimi reallaşdırılacaq. Yəni o, sürüşdürmə prinsipi ilə deyil, klikləmə prinsipi ilə çalışacaq. iPhone 15 ilə iPhone 15 Plus-da isə həmin düymə ənənəvi şəkildə qalacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər