main-post-cover

    Bütün iPhone 16 modelləri 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         X (keçmiş Twitter) istifadəçilərindən birinin aşkar etmiş olduğu məlumata əsasən bu həftənin əvvəlində təqdim edilmiş bütün iPhone 16 smartfonları 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. İstifadəçi bu məlumatı China Quality Certification Centre adlı mərkəzin cihazların yoxlanışı ilə bağlı sənədlərini analiz edərək əldə edib. Məlumatda qeyd edilib ki, bütün iPhone 16 modelləri 3A cərəyan gücü çərçivəsində 5-15 vatt cərəyanlıq şarj cihazı vasitəsilə test olunublar.
         Bu isə 45 vatt cərəyan gücünə bərabərdir. Bu öz növbəsində iPhone 15 smartfonlarının sahib olduqları sürətli şarj texnologiyası göstəricisindən 50% yüksəkdir. Hələ təqdimatdan öncə məlumat ortaya çıxmışdı ki, yeni iPhone modelləri daha sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. Lakin Apple şirkəti iPhone 16 smartfonlarının təqdimatları zamanı onların sahib olduqları sürətli şarj texnologiyasının gücü barəsində konkret bir məlumat vermədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Intelligence tərəfindən hazırlanan ilk görüntü ortaya çıxıb!
    apple-intelligence-terefinden-hazirlanan-ilk-goruntu-ortaya-cixib
    iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
    iphone-16-nin-kamera-duymesi-android-lere-gelir
    iPhone 16 Pro smartfonu Geekbench testlərindən keçib
    iphone-16-pro-smartfonu-geekbench-testlerinden-kecib
    iPhone 16-dakı kamera idarəsi düyməsi Android smartfonlarda da olacaq
    iphone-16-daki-kamera-idaresi-duymesi-android-smartfonlarda-da-olacaq
    Apple Watch SE 2 və Watch Ultra 3 gələn ilin ortasında təqdim oluna bilərlər
    apple-watch-se-2-ve-watch-ultra-3-gelen-ilin-ortasinda-teqdim-oluna-bilerler