
Bütün iPhone 16 modelləri Action düyməsini əldə edə bilərlər
Cihazlar+
04.12.2023
Emil
Bu il iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində ilk dəfə olaraq Action düyməsi reallaşdırıldı. O, daha öncəki iPhone modellərində səssiz rejimə keçid üçün nəzərdə tutulmuş hərəkətli düyməni əvəz etdi. iPhone 15 Pro modellərindən fərqli olaraq isə iPhone 15 və iPhone 15 Plus modelləri köhnə düyməni özündə qoruyub saxladılar. Ortaya çıxmış yeni məlumata əsasən gələn il təqdim olunacaq bütün iPhone 16 modelləri Action düyməsini əldə edəcəklər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, gələn ilki iPhone modellərinin əldə edəcəkləri Action düyməsinin sensorlu olma ehtimalı çox yüksəkdir və bunun sayəsində düymə istifadəçinin ona hansı güclə kliklədiyini təyin edə biləcək. Çox güman ki, yenilənmiş Action düyməsi bir deyil bir neçə əməliyyatı yerinə yetirə biləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
