Logo
    main-post-cover

    Bütün iPhone 16 smartfonları sensorlu yeni idarəetmə elementini əldə edə bilərlər

    Cihazlar+
    27.09.2023
    Emil
        iPhone 15 smartfon seriyasının təqdimatından öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellərində smartfonun səssiz rejimə keçirilməsi düyməsi sensorlu panel ilə əvəz ediləcək. Lakin nəticədə iPhone 15 Pro modellərində səssiz rejimə keçid düyməsi Action düyməsi ilə əvəz olundu. İndi isə Macrumors saytı xəbər verib ki, gələn il bütün iPhone 16 modellərinin gövdələrinin sağ hissəsində sensorlu yeni idarəetmə elementi yerləşəcək. Gözləntilərə əsasən sözügedən sensorlu yeni idarəetmə elementi taktik geridönüş özəlliyinə sahib olacaq və klikləmə gücünü təyin edə biləcək. Lakin sensorlu idarəetmə elementinin hansı funksiyaları yerinə yetirəcəyi məlum deyil. Bəzi məlumatlara əsasən isə hətta indiki iPhone 15 Pro modellərində olan Action düyməsi də sensorlu idarəetmə elementinin tərkibinə daxil olacaq.
    Paylaş
    Bənzər xəbərlər