main-post-cover

    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər

    Cihazlar+
    05.08.2024
    Emil Nəcəfov
        Apple gələn il iPhone 17 smartfonlarını təqdim edəcək. Son məlumatlara əsasən iPhone 17 smartfonlarının hamısı daha təkmilləşdirilmiş ön kameranı əldə edəcəklər. Hal-hazırda aktual olan iPhone modelləri 12 MP-lik ön kameraya sahibdirlər. Sentyabr ayında təqdim ediləcək iPhone 16 modellərində də eyni ön kameradan istifadə ediləcəyi gözlənilir. Lakin yeni məlumata əsasən gələn ilki iPhone 17 modellərinin hamısı 24 MP-lik ön kameranı əldə edəcəklər.
         Məşhur analitik Jeff Pu-nun sözlərinə əsasən gələn ilki iPhone-larda istifadə ediləcək 24 MP-lik ön kamera 6 plastik linzanı əldə edəcək. Bu isə öz növbəsində ön kamera vasitəsilə çəkiləcək foto və videoların keyfiyyətlərini artırmağa imkan verəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırkı iPhone-larda olan ön kamera 5 plastik linzadan təşkil edilib. Son zamanlarda ortaya çıxmış məlumatlarda həmçinin qeyd edilib ki, Apple gələn il iPhone 17 seriyasında iPhone 17 Plus modelindən imtina edəcək və onu iPhone 17 Slim ilə əvəzləyəcək. iPhone 17 Slim-in daha kompakt ölçüyə və nazik gövdəyə sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb
    iphone-16-nin-ne-zaman-teqdim-olunacagi-melumati-ortaya-cixib
    Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
    apple-vision-pro-yeni-nov-ekranlari-elde-ede-biler
    Apple-1 kompüterinin fotoları kompüterin özündən daha baha qiymətə satışa çıxarılıb
    apple-1-komputerinin-fotolari-komputerin-ozunden-daha-baha-qiymete-satisa-cixarilib
    Növbəti iPhone SE üçün OLED ekranlar iki şirkət tərəfindən istehsal ediləcək
    novbeti-iphone-se-ucun-oled-ekranlar-iki-sirket-terefinden-istehsal-edilecek
    iPhone 16 seriyasının maket şəkilləri ortaya çıxıb!
    iphone-16-seriyasinin-maket-sekilleri-ortaya-cixib