main-post-cover

    Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

    Cihazlar+
    18.01.2023
    Emil Nəcəfov
        1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək. İndi isə insayderlər sözügedən smartfon seriyasına daxil olacaq modellərin texniki özəllikləri barəsində bütün məlumatları təqdim ediblər. Qeyd etmək lazımdır ki, təqdim ediləcək Galaxy S23 smartfon seriyasına ənənə üzrə 3 model daxil olacaq: Galaxy S23, Galaxy S23+Galaxy S23 Ultra. Beləliklə insayderlərin verdikləri məlumata əsasən adi Galaxy S23 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.1 düym Dynamic AMOLED 2X ekran, Snapdragon 8 Gen 2 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, Dual Pixel) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, 3 qat optik zoom) üçlü arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Bununla yanaşı smartfon 10 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, Galaxy S23 modeli saniyədə 30 kadr sürətlə 8K və saniyədə 60 kadr sürətlə 4K videolar çəkə biləcək. Bütün bunlardan əlavə olaraq smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirəcək. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək. Galaxy S23+ modeli də demək olar həmin texniki göstəricilərə sahib olacaq. Lakin bəzi fərqlər var. Belə ki, Galaxy S23+ modeli 6.6 düym ekran, 256/512 GB daxili yaddaş həcmi və 45 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Təbii ki, seriyanın ən flaqman modeli Galaxy S23 Ultra modeli olacaq.
        İnsayderlərin sözlərinə əsasən Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3088x1440 piksel keyfiyyətli 6.8 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunacaq. Ekran həmçinin Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə ediləcək və özündə barmaq izi skanı texnologiyasını birləşdirəcək. Bununla yanaşı smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirəcək. Digər texniki göstəricilər baxımından Galaxy S23 Ultra modeli Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 256/512 GB və 1 TB daxili yaddaş həcmi, 200 MP + 12 MP + 10 MP + 10 MP dördlü arxa kamera, 12 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 10 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək.
    Linki kopyala