Logo
    main-post-cover

    Bütün Samsung Galaxy S24 modelləri titan çərçivəyə sahib ola bilərlər

    Cihazlar+
    06.10.2023
    Emil
        Samsung öz smartfonlarında titan materialın istifadəsi məsələsində Apple şirkətini geridə qoya bilər. Belə ki, insayderlərin vermiş olduqları yeni məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasının bütün modelləri titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edə bilərlər.
        Daha öncəki məlumat sızıntılarında isə qeyd edilirdi ki, titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni yalnız Galaxy S24 Ultra modeli əldə edəcək. İnsayderlərin sözlərinə əsasən şirkət Galaxy S24 modeli üçün titan çərçivəni özü istehsal edəcək və Galaxy 24+ ilə Galaxy S24 Ultra üçün nəzərdə tutulmuş titan çərçivənin istehsalını kənar şirkətlərə həvalə edəcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti titan çərçivəni yalnız iPhone 15 ProiPhone 15 Pro Max-da istifadə edir.
    Paylaş
    Bənzər xəbərlər