Logo
    main-post-cover

    Bütün Samsung Galaxy S25 smartfonları Qualcomm-un yeni prosessorunu əldə edəcəklər

    Cihazlar+
    23.10.2024
    Emil
         Son bir neçə ay ərzində ortaya çıxmış məlumatlarda qeyd edilirdi ki, gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 smartfonlarında müxtəlif prosessorlardan istifadə ediləcək. Bəzi məlumatlarda smartfonların həm Exynos həm də Snapdragon, bəzilərində isə həm Exynos həm də MediaTek prosessorlarından istifadə ediləcəyi qeyd edilirdi. Lakin Ice Universe ləqəbli məşhur insayder bu mövzuya nöqtə qoymaq qərarına gəlib.
         Belə ki, insayderin sözlərinə əsasən bütün Galaxy S25 smartfonları Qualcomm-un yeni flaqman prosessoru vasitəsilə çalışacaqlar. Söhbət, yenicə təqdim olunmuş Snapdragon 8 Elite prosessorundan gedir. Görünür, Samsung artıq Galaxy S25 smartfonlarında Exynos 2500 və ya MediaTek Dimensity 9400-ün istifadəsi ehtimalını nəzərdən keçirtmir. Bu isə o deməkdir ki, Galaxy S25 smartfonları bütün regionlarda Snapdragon 8 Elite prosessoru ilə satışa çıxacaqlar.
    Paylaş