Logo
    main-post-cover

    Canon 30 illiyini G7 X III Limited Edition kamera ilə qeyd edir

    Cihazlar+
    05.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Canon rəqəmsal fotoqrafiya tarixində 30 illiyini qeyd edir. Şirkət bu yubiley münasibətilə hələ də populyarlığını qoruyan PowerShot G7 X III kompakt kamerasının Limited Edition versiyasını təqdim edib.
        Yeni versiya texniki baxımdan əvvəlki G7 X III modeli ilə eynidir, lakin dizayn tərəfdən fərqlənir. Kamera xüsusi “graphite” (qrafit) rəngdə hazırlanıb, ön hissəsində isə daha premium hiss yaratmaq üçün metal teksturalı (knurled) halqa yerləşdirilib. Korpus üzərində Canon-un 30 illik yubiley loqosu da yer alır.
        Xatırladaq ki, PowerShot G7 X III vaxtilə vloggerlər üçün xüsusi təqdim edilən ilk kameralardan biri olub. Model 20.1 MP sensor, yuxarı qatlanan 3 düymlük toxunma ekran, 24–100 mm f/1.8–2.8 obyektiv və mikrofon girişi ilə təchiz edilib. Kamera 4K 30 fps (crop olmadan) video çəkilişi, həmçinin 1080p 120 fps slow-motion imkanını dəstəkləyir. Ən diqqətçəkən xüsusiyyətlərdən biri isə Wi-Fi üzərindən birbaşa YouTube canlı yayımı idi ki, bu funksiya təqdim olunduğu dövrdə olduqca yenilikçi sayılırdı.
        Model uzun müddət bazarda tapılmadığı üçün ikinci əl qiymətləri ciddi şəkildə artmışdı. Canon 2025-ci ilin avqustunda istehsalı artırdığını açıqladı və kamera yenidən satışa qayıtdı. Hazırda standart versiyanın qiyməti təxminən 880 dollar təşkil edir. Lakin Limited Edition G7 X III xeyli bahadır: 1.299 dollar. Bu qiymətə kamera ilə yanaşı Peak Design xüsusi bilək qayışı32 GB SD kart da daxildir. Məhdud buraxılışlı modelin çatdırılmasına 2026-cı ilin aprelində başlanacaq.
        Canon bununla yanaşı iki yeni RF montajlı full-frame obyektiv də təqdim edib. Onlardan biri RF 14mm f/1.4 L VCM ultra-geniş bucaqlı prime obyektivdir və 2.599 dollar qiymətə təklif olunur. Digər model isə daha qeyri-adi seçimdir – RF 7–14mm f/2.8–3.5 L Fisheye STM, hansı ki, ən geniş nöqtədə 190 dərəcəyədək baxış bucağı təqdim edir və 1.899 dollar qiymətlə satışa çıxarılıb.
    Paylaş
    Bənzər xəbərlər